İngiltərə Azərbaycan və Ermənistana silah embarqosunu yumşaldır

Böyük Britaniya hökuməti bu ölkədə yerləşən hərbi şirkətlərin Azərbaycan və Ermənistana bəzi məhsulların ixracında tətbiq olunan embarqonun yumşaldılmasına dair təklifləri nəzərdən keçirir.
Bu barədə “AzeriDefence”yə diplomatik mənbələrdən məlumat verilib.

Məlumata görə, yaxın vaxtlarda qüvvəyə minməsi gözlənilən dəyişiklik Britaniyada yerləşən şirkətlərə Azəərbaycan və Ermənistana müdafiə təyinatlı bəzi məhsullar satışına icazə verəcək. Bura əsgərlər üçün fərdi qoruyucu vasitələr (balistik gözlüklər, bədən zirehi, dəbilqə), NBC mühafizə sistemləri, gecə görmə vasitələri, müdafiə sənayesi üçün müxtəlif avadanlıqlar, rabitə vasitələri, antenalar, habelə Hərbi Dəniz Qüvvələri və sərhəd mühafizəsi üçün olan avadanlıqlar (radar sistemləri, dalğıc avadanlıqları və s.) daxildir.

Qeyd edək ki, Böyük Britaniyanın adıçəkilən ölkələrə embarqo tətbiq etməsinə baxmayaraq, bu ölkədə yerləşən ermənilərə aid “Mosston Engineering” şirkəti və onun törəmə müəssisələri Ermənistana silah və hərbi texnikanın satışını həyata keçirməkdədir. Bundan başqa, 2012-ci ildə Ermənistan İngiltərənin “Accuracy International” şirkətindən AX .338/AXMC snayper tüfəngləri satın alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş