Ingiltərə Ordusu Glock tapançasını seçdi

Böyük Britaniya Müdafiə Nazirliyi 25 min ədəd Glock17 Gen4 tapançası sifariş verib. “AzeriDefence”nin məlumatına görə, siahın alğı-satqısına dair Viking Arms şirkəti ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri 10 milyon funt sterlinqdir.

Bu tapançalar İngiltərə ordusunda istifadə olunan Browning L9A1 tapançalarını əvəz etməlidir. Yeni tapançalarla ilk olaraq Əfqanıstandakı qoşunların şəxsi heyəti təchiz olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş