İngiltərə şirkəti Qazaxıstan HDQ üçün hava yastıqlı katerin təqdimatını keçirib -FOTO

İngiltərənin “Griffon Homework Hovercraft” şirkəti Qazaxıstanla GRIFFON 8100TD hava yastıqlı, iki motorlu katerinin alğı-satqısına dair danışıqlar aparır.

“AzeriDefence”nin məlumatına görə, Astanada yanvarın 29-da “Griffon Homework Hovercraft” şirkətinin nümayəndələri ilə Qazaxıstanın “Kazspeseksport” şirkəti və Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrinin əməkdaşları arasında görüş keçirilib. İngiltərəli mütəxəssislər katerin texniki xarakteristikaları və imkanları barədə təqdimat keçirib, sualları cavablandırıblar.

Dəniz səthində yüksək sürətlə hərəkət edən GRIFFON 8100TD kateri logistik və amfibiya əməliyyatlarına dəstək, habelə bərə xidmətində istifadə olunur. Uzunluğu 22.5, eni isə 11 metr təşkil edən kater 12 ton yük və ya 70 sərnişin daşımağı bacarır. Alüminium gövdəli kater iki ədəd su soyutmalı 630kW (840 at gücündə) “Iveco” dizel mühərrikləri ilə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş