İnsanlar kütləvi şəkildə cəbhə üçün qan verirlər

“Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gedən döyüşlər barədə xəbərlər yayıldıqca, vətəndaşlarımız cəbhə üçün əllərindən gələn yardımı etməyə çalışırlar. İnsanlar cəbhədə yaralanan əsgərlərimizə yardım etmək istəklərini qan verərək nümayiş etdirirlər”.

“AzeriDefence”nin məlumatına görə, bunu Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva deyib.

O bildirib ki, hazırda vətəndaşların qan vermək üçün Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı və onun bölmələrinə kütləvi şəkildə axını müşahidə olunur:

“Artıq bir neçə gündür ki, qan vermək istəyən insanların ardı-arası kəsilmir. Təkcə bu gün ərzində Respublika üzrə 2000 nəfər insan qanvermə aksiyasında iştirak edib. Son günlər toplanan qan komponentlərə ayrılaraq cəbhə bölgəsində yerləşən xəstəxana və hospitallara göndərilib. Hazırda Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankı olaraq donorluq edən hər bir vətəndaşımıza dərin minnətdarlığımızı bildiririk. Onların verdikləri hər damla qan cəbhədə yaralanan hərbçilərimizin həyatda qalması üçün mühüm amil olacaq. Şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir, yaralılara isə tezliklə şəfa arzulayırıq”.

KATEQORIYA:
Bu xəbəri paylaş