İordaniya 9k33 “Osa” ZRK-lərini silahlanmadan çıxarır

İordaniya Silahlı Qüvvələrinin istismarında olan 9k33 “Osa” zenit-raket komplekslərin xidmət müddəti başa çatıb.

“AzeriDefence” “Janes” nəşrinə istinadən xəbər verir ki, bu haqda İordaniya hərbi mənbələri məlumat verib.

İordaniya Silahlı Qüvvələrinin rəsmi internet saytında yerləşdirdiyi elana görə, 52 ədəd “Osa” zenit-raket kompleksi satışa çıxarılıb. Mənbə həmçinin bildirir ki, bu komplekslərin alınmasında beş ölkənin şirkəti, o cümlədən Çexiya, Ukrayna, Polşa və ABŞ şirkətləri də maraqlıdırlar.

Polşa və Ukrayna Ordusu hazırda bu kompleksdən istifadə edirlər. Polşada təqribən 32 kompleks Osa-AKM-P1 səviyyəsində modernizasiya edilib və 2017-ci ildən sonra silahlanmadan çıxarılacağı gözlənilir. Çexiya isə 2006-ci ildə 9k33 “Osa” kompleksinin istismar müddətini başa çatdıraraq silahlanmadan çıxarıb.

Məlumatda o da qeyd olunub ki, İordaniya Silahlı Qüvvələri “Osa” kompleksinin modernizə edilməsi ilə bağlı Belarusla müqavilə bağlama imkanlarını nəzərdən keçirsə də, maliyyə səbəbindən proqramdan imtina edib.

Qeyd edək ki, 9К33 “Osa” (NATO kodu SA-8 Gecko (Gekkon)) özüyeriyən zenit raket kompleksi Sovet istehsalıdır. Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layiəhə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə verilib. Bu kompleks indi də bir çox ölkələrdə tətbiq olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş