İordaniya kralı T129/ATAK pilotu oldu

Türkiyədə səfərdə olan İordaniya kralı II. Abdullah bin Əl-Hüseyn prezident Abdullah Güllə birgə TAI şirkətində olub. Bu barədə “AzeriDefence”yə TAI şirkətinin mətbuat xidmətindən məlumat verilib.

TAI-nin müəssisəsini gəzən kral Abdullah burada həyata keçirilən layihələr barədə məlumatlandırılıb. İordaniya kralına TAI baş direktoru Məhərrəm Dördqaşlı tərəfindən brifinq verilib.

Daha sonra dövlət başçıları müəssisədə ANKA pilotsuz uçuş aparatı, “Hürkuş” təlim təyyarəsi və T129/ATAK helikopterləri ilə tanış olublar. Sonda hər iki dövlət başçısı T129/ATAK helikopterinin nümunəvi uçuşunu izləyiblər.

KATEQORIYA:
Bu xəbəri paylaş