İordaniyada ASELSAN radiostansiyaları istehsal olunacaq

Türkiyənin ASELSAN şirkəti proqramlaşdırılmış rabitə vasitələrinin istehsalı üçün İordaniyaya texnologiya transferi edəcək.Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.
Bununla bağlı ASELSAN ilə İordaniyanın King Abdullah Design and Development Bureau (KADDB) və hər iki şirkətin birgə təsis etdiyi, İordaniyada fəaliyyət göstərən “ASELSAN Middle East (AME)” şirkəti arasında razılıq niyyət protokolu imzalanıb.

Protokolu ASELSAN baş direktoru Faiq Eken, KADDB baş direktoru, general-leytenant Omar Al-Kahdbi və AME baş direktoru Nurfer Oğuz imzalayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş