İran 2000 km uzaqlıqdakı hədəflərə balistik raketlər buraxdı

İran keçirdiyi balistik raket təlimlərində “Qadr-H” raketinin atış testini keçirib.

“AzeriDefence”nin “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Əlbürz dağındakı bazadan buraxılan raket 1400 km uzaqlıqdakı hədəfi vurub.

Buuraxılan ikinci balistik raketin mənzilinin isə 2000 km olduğu açıqlanıb.

“Qadr” raketləri maye yanacaqla işləyir. Hədəfləri məhv etmək üçün “Blast” və “MRV (Multiple reentry Vehicle) olaraq iki fərqli faydalı yük daşıya bilir.

Müxtəlif mobil platformalar üzərində yerləşdirilə bilən bu raketlər radardan yayınma qabiliyyətinə sahibdir.

KATEQORIYA:
Bu xəbəri paylaş