İran aviasiya vasitələrinin hərəkətinə mobil nəzarət qülləsi hazırlayıb

İran aviasiya vasitələrinin hərəkətinə mobil nəzarət qülləsi hazırlayıb

İranın Müdafiə naziri general Əmir Hatəminin iştirakı ilə hava vasitələrinin hərəkətinə mobil nəzarət qülləsinin (ATC) təqdimatı keçirilib.

Bu barədə Azeri Defence saytı “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Təqdimat mərasimində çıxış edən general Əmir Hatəmi bildirib ki, Müdafiə Nazirliyinə daxil olan “Sairan” şirkəti tərəfindən yerli imkanlar hesabına dizayn edilən və hazırlanan mobil ATC qülləsi son texnoloji standartlara cavab verir.

“Bu sistemin qurulmasında beynəlxalq aviasiya standartlarına cavab verən ən qabaqcıl elektron cihaz və avadanlıqlardan istifadə edilib”, – deyə general Hatəmi vurğulayıb.

Müdafiə naziri hava vasitələrini mobil idarəetmə qülləsinin İranda baş verən zəlzələ və daşqınlar kimi müxtəlif təbii fəlakətlər zamanı belə aktiv fəaliyyət göstərəcəyini deyib.

KATEQORIYA:
Bu xəbəri paylaş