İran “Beytülmüqəddəs-29” hərbi təlimlərinə başlayıb

İran Ordusunun Quru Qoşunları “Beytülmüqəddəs-29” hərbi təlimlərinə başlayıb.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Təlimdə Quru Qoşunlarının piyada, zirehli, desant və artilleriya bölmələri ilə yanaşı, Quru Qoşunlarının aviasiya komandanlığının bölmələri də iştirak edir.

Məlumatda o da qeyd olunub ki, təlim İsfahan əyalətinin Nasirabad bölgəsində keçirilir.

Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri də təlimə dəstək gücü olaraq “Beytülmüqəddəs-29” hərbi təlimlərində iştirak edir.

KATEQORIYA:
Bu xəbəri paylaş