İran bu il yeni trimaran gəmisinin inşasına başlayacaq

İran bu il yeni trimaran gəmisinin inşasına başlayacaq

İran birdən artıq gövdəyə malik trimaran gəmisinin inşasına başlayacaq.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Müdafiə Nazirliyinin Dəniz Sənayesi Təşkilatının rəhbəri admiral Əmir Rasteqari deyib.

Admiral Ə.Rasteqari bildirib ki, xüsusi imkanlara malik olacaq yeni döyüş gəmisi İran Donanmasının gücünü artıracaq. Onun sözlərinə görə, gəmi əlavə dəstək olmadan ən azı iki ay əməliyyat keçirmək qabiliyyətindədir.

6000 ton su basımı olacaq döyüş gəmisinin inşasına bu il başlanılması planlaşdırılır.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş