İran Dəniz Qüvvələri 120 ədəd yeni hücum kateri alıb

İran Dəniz Qüvvələri 120 ədəd yeni hücum kateri alıb

İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələrinə 120 ədəd hücum kateri tədarük edilib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Yeni hücum katerləri SEPAH-ın baş komandanı və Müdafiə nazirinin iştirakı ilə keçirilən tədbirdə Dəniz Qüvvələrinin invertarına daxil edilib.

SEPAH Dəniz Qüvvələrinin komandanı admiral Əlirza Tanqsiri bildirib ki, yeni itisürətli hücum katerləri İran mütəxəssiləri tərəfindən yerli imkanlar hesabına inşa edilib.

Bildirilib ki, hücum katerləri yüksək sürət və üstün manevr imkanlarına malikdir. “Stels” texnologiyası ilə hazırlanan yeni katerlər radarlara yaxalanmır.

KATEQORIYA:
Bu xəbəri paylaş