İran daha bir ballistik raketin sınağını keçirib

ABŞ-ın müdafiə naziri isə İranı dünyada terrorizmi dəstəkləyən əsas dövlətlərdən biri adlandırıb

İran Hərbi Hava və Hava Hücumundan Qüvvələri daha bir ballistik raketin sınağını həyata keçiriblər.

“AzeriDefence”nin “Fox News”a istinadən verdiyi məlumatına görə, raket Tehranın şərqində yerləşən hərbi bazadan start götürüb.

İranın hökuməti isə fevralın 8-də raket sınağının keçirildiyini təsdiqləsə də, bunun ballistik olduğunu təkzib edib.

İran Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, fevralın 8-də “yer-hava” tipli kiçik mənzilli raketin sınaqları keçirilib.

Qeyd edək ki, son 2 ayda İran 3 taktik raket kompleksinin sınağının keçirildiyini bəyanm edib. ABŞ-la gərginləşən hərbi-siyasi vəziyyət fonunda İranın bir-birinin ardınca uzaqmənzilli raketlərinin sınaqlarını keçirməsi rəsmi Vaşinqtonu və onun müttəfiqlərini narahat edir.

ABŞ-ın yeni müdafiə naziri Jeyms Mettis ötən gün verdiyi açıqlamada İranı dünyada terrorizmi dəstəkləyən əsas dövlətlərdən biri adlandırıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş