İran daha bir raketini nümayiş etdirib

İran 500 km mənzilə sahib “Fateh 313” “yer-yer” tipli raketini ictimaiyyətə tanıdıb.

“AzeriDefence”nin İran mediasına istinadən verdiyi xəbərə görə, raket barədə məlumat verən İranın müdafiə naziri Hüseyn Dehqan “Fateh 313”ün 500 km məsafədə “nöqtə atışı” gerçəkləşdirmək imkanında olduğunu söyləyib.

Raketin test atışları uğurlu alınıb.

“Fateh 313” raketi barədə detallı məlumat yoxdur.

KATEQORIYA:
Bu xəbəri paylaş