İran “Dəmavənd” gəmisini Xəzərdə silahlanmaya qəbul etdi

Iran “Dəmavənd” esminesini Xəzər donanmasının döyüş sıralarına daxil edib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Gəmi Ənzəli limanında keçirilən mərasimdə Xəzər Donanmasının tərkibinə verilib.

Gəminin texniki göstəriciləri barədə məlumat verən kontr-admiral Əli Qulamzadə bildirib ki, “Dəmavənd” yeni nəsil döyüş gəmiləri sinfinə aiddir. Uzunluğu 90 metr təşkil edən gəmi yerüstü, suüstü, sualtı və hava hədəflərinə qarşı silahlarla təəchiz olunub.

Gəminin yerli istehsal olan “Asr” adlı radarı 200 km məsafədə 4 metr diametric olan hədəfləri aşkarlamaq qabiliyyətinə malikdir. Admiral gəminin müasir radioleketron mübarizə sistemlərinə sahib olduğunu bildirib.

Bu gəmi öz təchizatına görə, “Camaran”dan daha müasir olacaq”, -deyə admiral vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş