İran döyüş helikopterlərini yeni raket sistemi ilə silahlandırır

İran döyüş helikopterlərini yeni raket sistemi ilə silahlandırır

İran müdafiə sənayesi müəssisəsində milli imkanlar hesabına hazırlanan yeni raket sistemi nümayiş etdirilib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Lazerlə idarə olunan S-24 indeksli raket sisteminin təqdimatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general Hüseyn Salaminin Hərbi Hava Qüvvələrinin bazasına ziyarəti çərçivəsində həyata keçirilib.

Yeni raket sistemi İran mütəxəssisləri tərəfindən əsaslı şəkildə təmir edilmiş “Cobra” döyüş helikopterinə inteqrasiya edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş