İran döyüş helikopterlərinin atəş sistemini modernləşdirib

İran Hərbi Hava Qüvvləri (HHQ) texnika parkında olan helikopterlərin zirehlərinin möhkəmləndirilməsi və atəş gücünün artırılması üçün modernləşmə prosesini yekunlaşdırıb.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, bunu İran HHQ-nın 1-ci bazasının komandanı Yusif Qurbani deyib.

O bildirib ki, bu da HHQ-nin döyüş helikopterlərinin atəş sistemlərinin güclənməsi deməkdir.

Komandanın sözlərinə görə, modernləşmə çərçivəsində helikopterlərə əlavə olaraq, idarəolunan raketlər inteqrasiya edilib. Helikopterlərin zireh qatı, gecəgörmə cıhazları və idarəolunan raket sistemləri tam olaraq modernləşdirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş