İran gələn il hərbi sahəyə 11.6 milyard dollar ayıracaq

İranın 2018-ci il dövlət büdcəsindən hərbi sahəyə ayırdığı vəsaitin həcmi açıqlanıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 2018-ci ildə İran dövlət büdcəsindən Müdafiə Nazirliyinə 500 milyon ABŞ dolları, Silahlı Qüvvələrin Baş Qərargahına 479 milyon ABŞ dolları, İslam İnqilabının Keşikçilər Korpusuna 7,5 milyard ABŞ dolları, orduya 2,7 milyard ABŞ dolları, Bəsic qüvvələrinə 333 milyon ABŞ dolları vəsait ayracaq.

Toplam olaraq, hərbi sahəyə ayrılmış büdcə təxminən 11,6 milyard ABŞ dolları təşkil edir.

Ayrılan vəsait yalnız silahlı qüvvələr üçün nəzərdə tutulub, bura digər güc strukturları və hüquq mühafizə orqanları daxil deyil.

Qeyd edək ki, İranda 2018-ci il hicri təqviminə əsasən, 1397-ci il hesab olunur. Yeni təqvim ili isə martın 21-dən başlayır.

KATEQORIYA:
Bu xəbəri paylaş