İran hərbi helikopter parkını təkmilləşdirir

İran hərbi helikopter parkını təkmilləşdirir

İran Silahlı Qüvvələrinin aviasiya parkında yer alan 10 ədəd helikopter əsaslı təmir və modernizasiya olunub.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

İran Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən üzərində əsaslı təmir və modernizasiya işləri aparılan 10 ədəd – “Çinook” 212, 214, 206, 205, CH və SH, eləcə də Mil-171 tipli helikopter bu gün təşkil edilən mərasimdə Silahlı Qüvvələrə təhvil verilib.

Bildirilib ki, təkmilləşdirilmiş helikopterlər yeni yüksək texnoloji sistemlər, o cümlədən APU sistemi, gecəgörmə sistemi, GPS sistemi və digər avadanlıqlarla təchiz olunub. Bir sıra helikopterlərin uçuş müddəti də artırılıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş