İran hərbi təlimdə gəmi əleyhinə raketlərini sınaqdan keçirib

İran hərbi təlimdə gəmi əleyhinə raketlərini sınaqdan keçirib

İranın Hərbi Dəniz Qüvvvələrinin (HHQ) təlimində yeni qanadlı raketlərin atış sınaqları keçirilib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Qısa və orta mənzilli qanadlı raketlərin atış sınaqları Hind okeanı və Oman dənizinin şimalında keçirilib.

İranın Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri tərəfindən hazırlanan və istehsal edilən raketlərin sınaqlarının uğurla nəticələndiyi bildirilib.

Yeni qanadlı raketlər 80 və 200 km uzaqlıqdakı hədəfləri dəqiqliklə vura bilib. İstehsalçı müəssisənin mütəxəssislərinin sözlərinə görə, yeni raketlərin atış mənzili daha da artırıla bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş