İran Hərbi Dəniz Qüvvələri yeni raket sistemi ilə təchiz olunub

İran Hərbi Dəniz Qüvvələrinin silahlanmasına “Qadir” qanadlı raketləri verilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu barədə açıqlmanı İranın müdafiə naziri Hüseyn Dehqan bildirib.

O deyib ki, bu raket daha geniş radiusda döyüş imkanların həyata keçirməyə, o cümlədən hədəfi dəqiq məhv etməyə kömək edəcək.

Hərbi Dəniz Qüvvələrinin komandanı Həbibulla Səyyari bu tip silahların alınmasının ölkənin təhlükəsizliyi üçün əhəmiyyət kəsb etdiyini söyləyib.

 

Məlumat üçün bildirək ki, İran istehsalı olan “Qadir” raketləri 300 km radiusda hədəfi məhv edə bilir. Raket hərbi dəniz qüvvələri üçün nəzərdə tutulsa da, silahın hazırda aviasiya və yerüstü bazalaşdırılması üzərində də işlər aparılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş