İran hərbi gəmiləri yeni raketəleyhinə komplekslə təchiz olunur

İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri “Phalanx” raketəleyhinə komplekslərlə təchiz ediləcək.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, İran HDQ-nın komandanı Golan Rza Bikam bildirib ki, İranın döyüş gəmiləri bundan sonra “Phalanx” raketəleyhinə komplekslərinin yerli versiyası ilə təmin olunacaqlar.

Onun sözlərinə görə, kompleks yekun testlərdən sonra HDQ-nın istismarına veriləcək.

Məlumatda o da qeyd olunub ki, “Phalanx” idarə olunan radarlar və 20 mm-lik atəş sisteminə malikdir. Bu sistem hədəfi atomatik aşkar edib və məhv edə bilir.

Xarici medianın verdiyi xəbərə görə, hazırda İran HDQ-nın parkında 50-dən artıq döyüş və köməkçi gəmilər mövcuddur. HDQ-nın şəxsi heyətin sayı isə 40 mindən artıqdır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş