İran hərbi paradda yeni havadan müdafiə sistemlərini göstərdi – FOTO
Tehranda “Müqəddəs müdafiə həftəsi” çərçivəsində İran Silahlı Qüvvələrinin hərbi paradı keçirilib. Bu barədə “AzeriDefence” İran mediasına istinadən məlumat verib.
Hərbi paradda İran hərbi sənayesinin son nailiyyətləri, o cümlədən “Xatəm ül- Ənbiya” hava hücumundan müdafiə qərargahına aid silah və radar sistemləri nümayiş etdirilib.
Paradda İran istehsalı olan S-200 və “Rad” zenit-raket sistemləri ilk dəfə ictimaiyyətə təqdim olunub. “Tair-2” raketləri ilə təchiz olunmuş “Rad” sistemi ilə 50 km uzaqlıqda və 75000 fut yüksəklikdə hədəfləri vurmaq mümkündür.
KATEQORIYA: Müdafiə