Iran iki raketini test etdi

İran Ordusu yerli istehsal olan “Raad” adlı “yer-hava” sinifli və “Nasr” adlı kiçik uzaqlıqlı qanadlı raketi sınaqdan keçirib. Bu barədə “AzeriDefence” İranın “Press TV” kanalına istinadən məlumat verib.

Raketlər “Velayət-91” təlimlərində sınaqdan keçirilib. Qeyd olunub ki, “Raad” raketləri hədəfləri 50 kilometrə qədər məsafədə vurmağa bacarıqlıdır. “Nasr” raketləri isə 3 min tona yaxın çəkidə gəmiləri məhv edə biləcək gücə malikdir. Bu raket həm yerüstü bazalardan, həm də hərbi gəmilərdən buraxıla bilir. Iran hərbi sənayesi hazırda bur raketlərin helikopter və dənizaltılar üçün modifikasiyalarını hazırlayır.

KATEQORIYA:
Bu xəbəri paylaş