İran İl-76MD təyyarəsinin simulyatorunu hazırlayıb

İran İl-76MD təyyarəsinin simulyatorunu hazırlayıb

İran müdafiə sənayesinin mütəxəssisləri Rusiya istehsalı olan “İlyuşin” İl-76MD hərbi-nəqliyyat təyyarəsinin simulyatorunu hazırlayıb.

Bu barədə “AzeriDefence” “Tasnim” xəbər agentliyinə istinadən məlumat verib.

İl-76MD təyyarəsinin uçuş simulyatoru Tehranda təşkil edilən mərasimdə İran Hərbi Hava Qüvvələrinin istifadəsinə verilib.

Tədbirdə İran Hərbi Hava Qüvvələrinin komandanı general Əziz Nəsirzadə çıxış edib. Bildirilib ki, 350 ədəd döyüş təyyarəsi olan İran HHQ-nin aviasiya parkı Rusiya və Çin, o cümlədən yerli istehsal olan hərbi təyyarələr ilə daha da gücləndiriləcək.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş