İran ilk dəfə “Yasin” qanadlı bombalarından istifadə edib

İran ilk dəfə “Yasin” qanadlı bombalarından istifadə edib

İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) keçiridiyi genişmiqyaslı hərbi təlimlər çərçivəsində ilk dəfə “Yasin” qanadlı bombalarından istifadə edilib.

Bu barədə Azeri Defence saytı “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

SEPAH Hərbi Dəniz Qüvvələrinin və Hava Kosmik Qüvvələrinin birlikdə keçiridiyi hərbi təlimlərin ikinci günü “Yasin” qanadlı bombaları Su-22 döyüş təyyarəsindən atılıb.

İdarə olunan “Yasin” bombaları İran Müdafiə Nazirliyinin müdafiə sənayesi müəssisəsində istehsal edilib və effektiv atış uzaqlığı 60 km təşkil edir.

Yasin” qanadlı bombalarıın atış mənzilinin bu hərbi təlimdə istifadəsi üçün 100 km-ə yüksəldildiyi və hücum əməliyyatlarında istifadə oluncaq hala gətirildiyi bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş