İran istehsalı olan “Saeqeh” təyyarəsi – FOTO

İran istehsalı olan “Saeqeh” (“Thunderbolt”) döyüş təyyarəsinin silahlı halda yeni fotosu yayılıb. “AzeriDefence”nin məlumatına görə, rəsmləri yayılmış təkyerli təyyarənin aviabomba və raketlərlə təchiz edildiyi görünür.

“Azarakhsh” sinfli döyüş təyyarəsinin inkişaf etdirilmiş versiyası olan “Saeqeh” İranın NESA aviaşirkəti tərəfindən hazırlanıb. Təyyarə Amerikan F-5E/F Tiger II 1970 təyyarəsinin əsasında yaradılıb.

“Saeqeh” təyyarələrinin birinci eskadrilyası 2009-cu ilin sentyabrında İranın Hərbi Hava Qüvvələrlərində qəbul edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş