İran kamikadze-PUA-nı test etdi

İran hərbi sənayesi “Rad-85” adlı “gəzən sursat”ını test edib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Bəzi ölkələrdə kamikadze-PUA da adlanan “gəzən sursat”lar düşmənin hədəflərini aşkarlamaq, kəşfiyyat aparmaq və sonda ona yönələrək özünü və hədəfi məhv etmək üçün nəzərdə tutulur.

İran mediası “Rad-85”in “Məhəmməd Rəsulallah” təlimində qarşıya qoyulan tapşırığı uğurla reallaşdırdığını yazıb.

“Rad-85” 100 km mənzilə sahibdir. Kamikadze-PUA-nın sürəti 450 km/saat, hədəfdən sapması maksimal 5 metr olaraq göstərilir.

KATEQORIYA:
Bu xəbəri paylaş