İran “Keman-22” PUA-sını təqdim edib

İran “Keman-22” PUA-sını təqdim edib

İranın müdafiə sənayesinin mütəxəsisləri tərəfindən dizayn olunan və hazırlanan “Keman-22” pilotsuz uçuş aparatı (PUA) ilk dəfə nümayiş olunub.

Bu barədə “Poliqon” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

İran Hərbi Hava Qüvvələrinin komandanı general Əziz Nasirzadənin iştirakı ilə “Keman-22” PUA-nın silahlanmaya qəbulundan əvvəl hazırlıqlarının son mərhələsi yoxlanılıb.

General Əziz Nasirzadə bildirib ki, yeni “Keman-22” PUA hücum və elektron döyüş qabiliyyətinə malikdir. Habelə PUA uzaq məsafələrdə kəşfiyyat-müşahidə əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulub.

Generalın sözlərinə görə, “Keman-22”nin uçuş məsafəsi 3000 km, uçuş müddəti isə 24 saatdır. PUA müxtəlif sursatlarla təchiz edilə bilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş