İran “Kərrar” tankının seriyalı istehsalına başlayıb

İran “Kərrar” (Hücum) versiyalı yeni tankının seriyalı istehsalına başlayıb.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Bu gün İranın müdafiə naziri general Hüseyn Dehqanın iştirakı ilə “Kərrar” tankı ilk dəfə nümayiş etdirilib.

İran mühəndisləri tərəfindən dizayn edilən və yaradılan “Kərrar” Rusiyanın T-90 tankının bənzəridir.

H. Dehqan İranın tamamilə yerli imkanları hesabına istehsal edilən “Kərrar” tankının bir çox qabliyyətə sahib olduğunu və müharibələrdə strateji rol oynayacağını vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş