İran milli tankının istehsalına başlayır

İranın milli məhsulu olacaq “Zolfaqar” tankının istehsalı ilə bağlı layihə bu ölkənin Müdafiə Nazirliyinə təqdim edilib.

“AzeriDefence”nin məlumatına görə, bu açıqlamanı İran Ordusunun Quru Qoşunlarının komandanı, briqada generalı Əhməd Rza Purdastan verib.

O bildirib ki, bu İran müdafiə sənayesi üçün inkişafın yeni mərhələsidir.

İstehsalına başlanılacaq tankın üstünlüklərindən də danışan Purdastan Rusiyanın T-90 tanklarının alınması niyyətindən imtina edilmədiyini də söyləyib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş