İran Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri qətlə yetirilib

İran Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri qətlə yetirilib

İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri, nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd olub.

“Azeri Defence” xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gün günorta saatlarında bir qrup silahlı şəxs Tehran yaxınlığında Möhsün Fəxrizadənin olduğu avtomobilə hücum edib. Mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib.

Qarşıdurma zamanı M.Fəxrizadə ağır yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş