İran “Muhacim 92” PUA-nı silahlanmaya qəbul edib

İran istehsalı olan “Muhacim 92” pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.

Bu barədə “AzeriDefence” Iranın “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

PUA-nın maxsimum sürəti 150 km/saat, uçuş mənzili 750 km təşkil edir.

Pilotsuz uçuş aparatı 5 saat ərzində fasiləsiz kəşfiyyat apara bilir. “Muhacim 92”  HD kamera vasitəsi ilə çəkdiyi görüntüləri online rejimdə idarəetmə mərkəzinə ötürür.

KATEQORIYA:
Bu xəbəri paylaş