İran Ordusu gəmi əleyhinə yeni raketi silahlanmaya qəbul edib

İran Ordusu “Nəsir” adlı gəmi əleyhinə raketləri silahlanmaya qəbul edib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Müdafiə naziri Hüseyn Dehqanın iştirakı ilə keçirilən mərasimdə “Nəsir” raketləri Hərbi Dəniz Qüvvələrinin donanmasına təhvil verilib.

Nazir bildirib ki, son model “Nəsir” balistik raketlərinin qurudan dənizə, döyüş gəmilərinə və düşmən estakadalarına qarşı istifadəsi nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin fevralında İran Hərbi Dəniz Qüvvələri “Vilayət-95” hərbi dəniz təlimləri çərçivəsində “Nəsir” raketini sınaqdan keçirib və raket uğurla təyin olunan hədəfi vurub.

KATEQORIYA:
Bu xəbəri paylaş