İran Ordusu yeni PUA-larla təmin edilib – FOTO

İran Ordusu yeni PUA-larla təmin edilib – FOTO

Bu gün İranın Müdafiə Nazirliyi üç növ fərqli təyinatlı pilotsuz uçuş aparatlarını (PUA) ordunun silahlanmasına verib.

Bu barədə “AzeriDefence” “Mehr” xəbər agentliyinə istinadən məlumat verib.

Müdafiə naziri general Əmir Hataminin iştirakı ilə keçirilən mərasimdə “Kərrar” və “Əbabil” adlı PUA-lar, o cümlədən adı açıqlanmayan çox məqsədli reaktiv mühərrikli PUA Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinə təhvil verilib.

Müdafiə naziri bildirib ki, yeni PUA-lar İran müdafiə sənayesinin mütəxəssisləri tərəfindən milli imkanlar hesabına hazırlanıb. Bildirilib ki, yeni PUA-lar HHM və HHQ bölmələrinin əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə yüksəldəcək.

Generalın sözlərinə görə, kəşfiyyat-müşahidə və zərbə xarakterli pilotsuz uçuş aparatları müxtəlif bomba və raketlərlə dəstləşdirilə bilir.

Yeni PUA-ların uçuş hündürlüyü 40 000 – 45 000 fut, uçuş məsafəsi 1500 km təşkil edir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş