İran pilotsuz uçuş aparatları model sırasını genişləndirir

İran geniş imkanlara malik universal pilotsuz uçucu aparatının istehsalına başlayıb. “AzeriDefence”nin məlumatına görə, uçuş aparatın müəllifi Reza Danandeh Hakamabaddır. “Shaparak” adlı aparat 4572 metr hündürlükdə, 50 km məsafədə uçuş həyata keçirmək imkanına malikdir. Dayanmadan 3 saat yarım uçuş həyata keçirmək qabiliyyətinə malik olan aparat, əlavə olaraq 8 kq yük daşıya bilir.

Uçuş aparatı 3 silindrli mühərrik, video görüntüləri “onlayın” şəkildə bazaya ötürə bilən üç rəngli rəqəmsal kamera ilə də təchiz olunub.

Mətbuata açıqlamasında aparatın texniki xarakteriskası haqda danışan R. D. Hakamabad bildirib ki, “Shaparak” geniş spektrli tapşırıqları – sərhəd mühafizəsini, axtarış və xilasetmə tədbirlərini, boru kəmərlərinin müşahidəsini, o cümlədən nəqliyyat missiyasını həyata keçirə biləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş