İran PUA-lar üçün turbofan mühərrik hazırlayıb

İran PUA-lar üçün turbofan mühərrik hazırlayıb

İranın müdafiə sənayesi müəssisəsində yerli imkanlar hesabına hazırlanan turbofan mühərrikinin təqdimatı keçirilib.

Bu barədə Azeri Defence saytı İranın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Turbofan mühərrikinin təqdimat mərasimində çıxış edən Müdafiə Nazirliyinin Aviasiya Sənayesi Təşkilatının icraçı direktoru generalı Afşin Xajehfard deyib ki, bu yüngül turbofan mühərriki dördüncü nəsil ilk yerli turbofan mühərrikidir.

Yeni turbofan mühərriki çəkisi 4000 kiloqrama qədər olan bütün növ pilotsuz uçan aparatlarına (PUA) quraşdırıla bilər.

Bildirilib ki, yeni turbofanın dizaynı bu mühərriki PUA ilə yanaşı ictimai aviasiyada istifadə edilə bilər.

Generalın sözlərinə görə, mühərrikin bütün istehsal prosesləri bu il tamamlanıb və sınaqları uğurla keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş