İran Rusiyadan helikopterlər alır

İran Rusiyadan 100-ə yaxın çoxməqsədli helikopterin alınması ilə bağlı danışıqlar aparır.

“AzeriDefence” İran mediasına istinadən məlumat verir ki, helikopterlər ordu və daxili qoşun bölmələrinin texnika parkı üçün nəzərdə tutulub.

Bu gün İran Silahlı Qüvvələrinin istifadəsində 300-ə qədər Rusiya istehsalı olan Mi-8 və Mi-171 helikopterləri mövcuddur.  Hətta Mi-171 helikopterlərinin bir hissəsi İran İnqilabı Keşişçiləri Korpusunun sifarişi əsasında hazırlanıb. Bu helikopterlər gəmi əleyhinə “Noor” raketləri ilə də təchiz olunub.

Həmçinin, 2015-ci ildə İranda “Vertolyotı Rossii” şirkəti tərəfindən təmir-bərpa işləri müəssisəsi də yaradılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş