İran Rusiyadan “Аntеy-2500” yeni zenit raket sistemi alır

Rusiya-İran arasında S-300 zenit raket sistemlərinin satışı ilə bağlı müqavilənin
imzalanmasına hazırlıq prosesi zamanı rəsmi Tehran daha modern kompleksin alınması təklifi ilə çıxış edib.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumatına görə, artıq bununla bağlı danışıqların ilkin mərhələsi yekunlaşıb.

Razılaşmaya əsasən İran Rusiyadan yeni ZRS “Аntеy-2500” sistemləri alacaq. Həmçinin, bu sistemdən istifadə üçün mütəxəssislərin təlim kurslarına cəlb olunması da razılaşmada öz əksini tapıb. Kurslar Rusiyada keçiriləcək.

Məlumatda o da qeyd olunub ki, buna qədər iranlı hərbçilər ZRS S-300PMU sistemini öyrənmək üçün Rusiyada təlim kurslarına qatılıblar.

Hərbi mənbələrdən Rusiya KİV-nə bildirilib ki, İran ZRS “Аntеy-2500” sistemini tez bir zamanda əldə etmək istəyir.

KATEQORIYA:
Bu xəbəri paylaş