İran Rusiyadan yeni kompleks alıb

İranın Rusiyadan 1L222M “Avtobaza-M” passiv lakasiya kompleksinin alması bəlli olub.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, kompleksin İranın bizə məlum olmayan bölgəsində çəkilən şəkilləri yayılıb. Bu fakt adıçəkilən kompleksin İrana satıldığı anlamına gəlir.

Bir müddət əvvəl İranın Rusiya istehsalı olan “Avtobaza-M” passiv lakasiya kompleksinə marağının olduğuna dair mediada açıqlama getsə də, sistemin qısa zamanda alqı-satqısının olacağı nəzərdə tutulmurdu.

Xatırladaq ki, Rusiya istehsalı olan 1L222M “Avtobaza-M” kompleksi hava və dəniz hədəflərinin aşkarlanması, klassifikasiya edilməsi, izlənməsi, koordinatların monitorinqinin aparılması və digər parametrlər üzrə fəaliyyət göstərir. Bütün proseslər avtomatik şəkildə həyata keçirilir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş