İran “Saeqeh” döyüş təyyarəsinin ikiyerli modifikasiyasını nümayiş etdirəcək

İranın Hərbi Hava Qüvvələri (HHQ) yaxın vaxtlarda yeni nəsil döyüş təyyarəsini nümayiş etdirməyə hazırlaşır. “AzeriDefence”nin İranın “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran HHQ-nin briqada generalı Əli Rza Barkxor bildirib.

Generalın sözlərinə görə, bu “Saeqeh” döyüş təyyarəsinin ikiyerli modifikasiyasıdır. Təyyarənin nümayişi martın 21-də keçiriləcək.

İkiyerli təyyarə daha çox döyüş yükü daşıya biləcək. Eyni zamanda uçuş uzaqlığı artırılıb. Təyyarə müasirləşdirilmiş bort avadanlığına malikdir.
Qeyd edək ki, hazırda İran HHQ-nin döyüş tərkibində yerli müəssisələrdə hazırlanmış “Saeqeh” adlı ikinci nəsil döyüş təyyarəsinin bir eskadrilyası mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş