İran Sərhəd Qoşunlarının komandanı FHN-də olub

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence” FHN-in saytına istinadən məlumat verib.

Görüş zamanı Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən nazir Kəmaləddin Heydərov rəhbərlik etdiyi nazirliyin İranın müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini ifadə edib.

General Qasım Rzayi s iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığın yüksələn xəttlə inkişafının əhəmiyyətindən danışıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş