İran Silahlı Qüvvələrin inkişaf prioritetlərini açıqlayıb

İran Silahlı Qüvvələrin inkişaf prioritetlərini açıqlayıb

İranın Müdafiə naziri general Əmir Hatəmi Silahlı Qüvvələrin inkişaf prioritetlərini açıqlayıb.

Azeri Defence saytının “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Müdafiə naziri general Əmir Hatəmi İslam Şurası Sənaye və Mədən Komissiyasının iclasda danışıb.

Müdafiə naziri bildirib ki, Nazirliyin ən vacib prioritetlərindən biri Silahlı Qüvvələrin raket gücünün inkişaf etdirilməsidir.

Ə.Hatəmi digər prioritetlərin Hərbi Dəniz Qüvvələrini inkişaf etmiş silah və döyüş gəmiləri ilə təmin edilməsi, Quru Qoşunları və Hərbi Hava Qüvvələri üçün qabaqcıl texnoloji silah və avadanlıqlar istehsal etmək olduğunu deyib.

General Ə.Hatəmi Müdafiə Nazirliyinin son illərdə ehtiyac duyduğu təlim və döyüş təyyarələrinin istehsal edilməsinin ən böyük prioritet olduğunu bəyan edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş