İran tank daşıyıcı nəqliyyat vasitələri istehsal edib

İran tank daşıyıcı nəqliyyat vasitələri istehsal edib

İran müdafiə sənayesi tərəfindən tank daşıyıcı nəqliyyat vasitələrinin istehsalı həyata keçirilib.

Bu barədə Azeri Defence saytı “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

İran Ordusunun Quru Qoşunları komandanının müavini general Nozar Nemati bildirib ki, İran tank daşıyıcı nəqliyyat vasitəsi istehsal etməklə xarici asıllığı aradan qaldırıb.

Qeyd edək ki, İran ötən il “Kian 700” adlı tank daşıyıcı nəqliyyat vasitəsini təqdim edib. İran Ordusunun Quru Qoşunlarının mütəxəssisləri tərəfindən hazırlanan “Kian 700” tank daşıyıcı maşınları 700 at gücündə mühərrikə malikdir. Nəqliyyat vasitəsi 60 tonluq iki ədəd tankı daşıya bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş