İran tank əleyhinə raket kompleksi üçün yeni modul yaradıb – FOTOLAR

İranın müdafiə sənayesi kompleksi İraqın paytaxtı Bağdadda keçirilən IQDEX-2017 hərbi texnologiyalar sərgisində tank əleyhinə raket kompleksi üçün yeni modulunu nümayiş etdirib.

“AzeriDefence”nin İran mediasına istinadən verdiyi məlumatına görə, “Pirooz” adlandırılan modul “Dehlaviyeh” tank əleyhinə idarə olunan raketlərin atışı üçün nəzərdə tutulub.

Kompleks İran istehsalı olan “Aras” maşınının üzərinə inteqrasiya olunub.

Kompleksin üzərində aktiv müşahidə sistemi yaradılıb.

Ümumilikdə isə sistem effektiv şəkildə 5 kilometrə qədər zirehli və gücləndirilmiş hədəfləri məhv edə bilir. Raketlər 4 saniyə ara fasiləsi ilə atəşi yerinə yetirmək imkanına da malikdir.

Mütəxəssislərin bildirdiyinə görə, modul Rusiya istehsalı olan “Kvadrat”ın, raketlər isə “Kornet-E”nin bazasında yaradılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş