İran tanklarda aktiv müdafiə sisteminin seriyalı istehsalına başlayır

İran Quru Qoşunları tanklarda aktiv müdafiə sistemini sınaqdan keçirib.

“AzeriDefence” “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Ordusunun briqada general-leytenantı Əhməd Rza Pourdastan deyib.

General bildirib ki, yerli istehsal olan İR indeksi almış aktiv müdafiə sistemi İranın “Zülfüqar” tankının üzərində uğurla test edilib.

Sınaqlar zamanı aktiv müdafiə sistemi ilə təchiz olunmuş tanklara bir neçə idarə olunan raketlər atılıb, müdafiə sistemi mərmiləri izləyib və şüa buraxaraq mərmiləri tankdan yayındırıb.

İR sisteminin Ordunun və Müdafiə Nazirliyinin tanklarında istifadə olunduğunu qeyd edən Ə.Pourdastan Quru Qoşunlarda da bu sistemin test edildiyini və bundan sonra seriyalı istehsala başlayacağını vurğulayıb.

Məlumatda o da qeyd olunub ki, sistem radarın və döyüş sursatının imkanından istifadə edərək idarə olunan və olunmayan raketlərin qarşısını almağa yönəlib. Təhdidlər İran istehsalı olan doppler radar vasitəsi ilə aşkarlanır və qarşı tədbir sistemi avtomatik olaraq hədəfi məhv edir.

Qeyd edək ki, İran Ordusu bu sistemin ilk testlərini ötən ilin oktyabrında keçirib.

KATEQORIYA:
Bu xəbəri paylaş