İran təlimdə yeni silahlarını sınaqdan çıxarır – FOTO

İran Ordusu Oman körfəzində keçirdiyi hərbi təlimdə bəzi yeni silahlarını nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, “Məhəmməd Rəsulallah” hərbi təliminin fotolarında diqqəti multikopterlə daşınan kasetli döyüş sursatların hədəfə atılması çəkib.

Fotolardan göründüyü qədər, multikopter üzərindəki qından BL-755 döyüş sursatının elementlərini hədəfə atıb.

Təlimdə İran istehsalı olan 333 mm-lik “Fəcr-5” idarəolunan raketinin də atışları reallaşdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş