İran turboreaktiv mühərriklərin kütləvi istehsalına başlayır

İran yaxın iki il ərzində turbopərli və turboreaktiv mühərriklərin kütləvi istehsalına başlayacaq.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bunu İranın müdafiə naziri Hüseyn Dehqan deyib.

O bildirib ki, artıq prosesə başlanılıb. Lakin ilkin nəticə yaxın iki il ərzində reallaşdırıla bilinəcək.

H. Dehqanın sözlərinə görə, İran müdafiə sənayesi sektorunun müasir tələblərə uyğun inkişaf etdirilməsi məqsədilə dünyanın 30 müəssisəsi və 10 elmi-tədqiqat institutu ilə sıx əməkdaşlıq edilir.

Bu da milli müdafiə sənayesi sektorunun inkişaf etdirilməsinə imkan yaradır.

Xatırladaq ki, bu ilin avqustunda turboreaktiv mühərrikin ilkin nümunəsi prezident Həsən Ruhaninin iştirakı ilə ölkə rəhbərliyinə nümayiş etdirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş