İran “Üç Hordad” ZRK-nin dəniz versiyasını nümayiş etdirib

İran “Üç Hordad” ZRK-nin dəniz versiyasını nümayiş etdirib

İranın “Üç Hordad” adlı hava hücumundan müdafiə sisteminin dəniz versiyası ilk dəfə nümayiş etdirilib.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Üç Hordad” zenit-raket kompleksi (ZRK) İran mütəxəssisləri tərəfindən yerli imkanlar hesabına hızırlanıb və istehsal edilib.

İran Hərbi Dəniz Qüvvələrinin invertarında yer alan döyüş gəmisinə inteqrasiya edilən “Üç Hordad” ZRK gəmi sabit və hərəkət halında olduqda hədəfləri təsbit edərək vurmaq imkanına malikdir.

Məlumatda o da qeyd olunub ki, “Üç Hordad” zenit-raket kompleksi ötən il Amerikaya məxsus pilotsuz uçuş aparatını (PUA) Fars körfəzində vuraraq zərəsizləşdirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş