İran üçüncü yeraltı raket zavodunu istismara verdi

İran İslam İnqilabı Keşişçiləri Korpusu üçüncü yeraltı raket zavodunu da istismara verdi.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi xəbərinə görə, bunu İslam İnqilabı Keşişçiləri Korpusunun komandanı, general Əmir Əli Hacızadə deyib.

General İslam İnqilabı Keşişçiləri Korpusunun raket sənayesini inkişaf etdirməyi davam etdiyini vurğulayıb.

Gələcəkdə istehsal edəcəkləri ilk “yer-yer” tipli ballistik raket haqqında danışan Ə. Hacızadə qeyd edib ki, yeni ballistik raketin adını “Dezful” qoyacaqlarını qərara alıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş